ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Müğənni Xuraman Şuşalı övladlarının gələcəkdə ailə qurmasından danışıb.
BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan ifaçı uşaqlarına həyat yoldaşını özünün seçəcəyini bildirib.
"İndidən uşaqlarıma psixoloji təzyiq göstərirəm ki, sizin həyat yoldaşınızı mən seçəcəyəm. 10-11-ci sinifdə gəlib mənə deməsinlər ki, "Ana mən filankəsi sevirəm, onunla ailə quracağam". Belə bir söhbət bizim ailəmizdə ola bilməz. Əvvəl mən bəyənəcəyəm. Sonra onlara seçim vercəyəm. Onlar da bəyənsələr ailə quracaqlar. "Leyli və Məcnun" sevgiləri artıq əsərlərdə qaldı. Mən tez-tez mötəbər ailələrin məclislərində oluram. Soruşuram ki, "Qızınız öz sevib ailə qurur?" Deyiblər ki, "Yox biz həyat yoldaşımızla qərar vermişik ki, qızımız bu adamla ailə qursun!".
Sənətçinin bu açıqlaması aparıcı İsa Şükürovu təəccübləndirib. O ifaçıya "Axı sən yox, o insanla övladın ailə quracaq" deyə etiraz da edib.
Ətraflı videoda:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.