RU

İcra Hakimiyyəti Leyla Əliyevanın verdiyi evi vətəndaşa vermir? “Bayram sovqatı göndərilib” RƏSMİ

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər Binəqədi Rayon İcra Hakimiyyətindən şikayət edən 68 yaşlı Ürkər Abılovanın yerli mediaya müraciət edərək verdiyi açıqlama ictimai müzakirələrə səbəb olub. 

O, açıqlamasında bildirib ki, 2019-cu il avqustun 6-da Binəqədi rayonu, 7-ci mikrorayonda uşaqlar üçün nəzərdə tutulmuş parkın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb. 

Həmin vaxt yanında 10 yaşlı nəvəsi Zeynəb də olub. Leyla xanım ondan nə istədiyini soruşub və Ürkər xanım atasız olan iki nəvəsinə ikiotaqlı ev xahiş edib. Leyla Əliyeva bu xahişi “Həll edərik” deyərək qəbul edib və qolundakı bilərziyi nəvəsinin qoluna taxıb. 

Ancaq Ürkər Abılova qeyd edir ki, bu sevinc uzun sürməyib. Həmin gün axşam ona “050-214…” nömrəsindən Kənan adlı bir şəxs zəng edərək iki gün ərzində ev axtarıb yerini deməsini, sonra gələcəyini və pulunu verəcəyini bildirib. Ürkər xanım 2 otaqlı ev tapsa da, 6-cı gün Kənan zəng edib deyib ki, İcra Hakimiyyətində İlqar Süleymanovla danışıb və ona yalnız 10.000 manat verilməsi kifayət edəcək. 

Ürkər xanım bununla razılaşmayıb, çünki 10.000 manata iki otaqlı ev almaq mümkün olmayıb. Ürkər Abılova bir neçə dəfə icra başçısı ilə görüşüb və sonuncu dəfə 2024-cü il mayın 3-də bu məsələ ilə bağlı ümidlə görüş keçirsə də, bundan sonra heç bir səs-soraq olmadığını və artıq qəbul edilmədiyini deyib. 

Vətəndaş Ülkər Abılovanın söylədikləri əsasında Binəqədi rayon İcra Hakimiyyəti (RİH) tərəfindən araşdırılıb. Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən “Cebheinfo.az”- ın sorğusuna cavab olaraq bildirilib ki,  Abılova Ürkər Yusif qızı əvvəllər qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 53A, mənzil 78 ünvanında yaşayıb: 

“Həmin bina qəzalı vəziyyətdə olduğundan, Ürkər Abılova mülkiyyətində olan 18 kv.m mənzildən köçməyə könüllü qaydada razılaşmış və birdəfəlik maddi yardım kimi 25.06.2019-cu il tarixində onun bank hesabına 30500 manat məbləğində pul vəsaitini köçürülüb. 

Bundan sonra o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 7/19 saylı binanın arxasında yerləşən torpaq sahəsinin bir hissəsini zəbt edərək, orada məskunlaşıb. 

Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi və orada qeyri-yaşayış sahəsi inşa etməsinə köməklik göstərilməsi ilə bağlı Ürkər Abılovanın çoxsaylı müraciətlərinə Rayon İcra Hakimiyyətində baxılmış və ona qanunamüvafiq izahatlar verilib. Buna baxmayaraq, o, həmin torpaq sahəsində dəfələrlə qanunsuz tikinti işləri aparmağa cəhd edib, lakin tikinti işlərinin qarşısı alınıb”. 

Qeyd edilib ki, Ürkər Abılovanın sosial vəziyyəti nəzərə alınaraq, Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq əlamətdar bayram günlərində ona bayram sovqatları verilib: 

“Bununla yanaşı, vətəndaş Abılova Ürkər Yusif qızına mövcud qanunvericiliyin tələbləri izah edilərək, “Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotunun aparılması və sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsinin əsasları və qaydası” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra müraciəti əsasında yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi məsələsinə baxılacağı bildirilib”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
59
1
cebheinfo.az

2Источники