RU

“Sabah” fransalı futbolçusunun transfer hüququna yiyələnib - VİDEO

“Sabah” fransalı futbolçu Aaron Maludanın transfer hüququna yiyələnib.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildrilib ki, 20 yaşlı yarımmüdafiəçinin icarəsi ilə bağlı Fransanın “Lill” komandası ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Vingerlə 4 illik yeni sözləşmə bağlanıb.

Qeyd edək ki, Aaron Maluda ötən ilin sentyabr ayından “Sabah”ın formasını geyinir. O, Bakı təmsilçisinin heyətində 12 oyunda 2 qolla yadda qalıb.

İdman.Biz
Избранный
119
2
idman.biz

10Источники