RU

İran dünyadan təcrid olunub

Bakı, 9 yanvar, AZƏRTAC

Cümə günü İranın hakimiyyət orqanları tərəfindən genişlənən etirazları yatırmaq məqsədilə internetin kəsilməsindən sonra ölkə faktiki olaraq xarici dünya ilə əlaqədən məhrum olub.

AZƏRTAC xəbər verir ki, ölkəyə telefon zəngləri etmək mümkün deyil, reyslər ləğv edilib, İran xəbər saytları isə yalnız fasilələrlə yenilənib.

“Reuters” agentliyi yazır ki, ali dini rəhbər ayətullah Əli Xamenei etirazçıların dövlət mülkiyyətinə hücum etdiyini bildirib və Tehranın “xarici muzdlular” qismində fəaliyyət göstərən şəxslərə dözməyəcəyi barədə xəbərdarlıq edib.

İslam Respublikasında ötən ayın sonunda inflyasiyanın sürətlə artması səbəbindən başlayan etirazlar son üç ildə ən genişmiqyaslı aksiyalara çevrilib, belə ki, bütün vilayətlərdə iğtişaşlar qeydə alınıb, hüquq-müdafiə təşkilatları onlarla ölüm faktını sənədləşdirib.

Parçalanmış İran müxalifət fraksiyaları cümə günü yeni etiraz aksiyalarına çağırış ediblər.

Gecə saatlarında dövlət televiziyası tərəfindən yayımlanan kadrlarda yanan avtobuslar, avtomobillər və motosikletlər, həmçinin metro stansiyalarında və banklarda baş verən yanğınlar əks olunub.

Xəzər dənizi sahilində yerləşən Rəşt liman şəhərində yanan Şəriəti küçəsinin fonunda dayanan dövlət televiziyasının jurnalisti bildirib: “Bu, döyüş zonasını xatırladır, bütün mağazalar dağıdılıb”.

İran əvvəllər daha genişmiqyaslı iğtişaş dalğalarını yatırsa da, hazırda daha ciddi iqtisadi vəziyyət, artan beynəlxalq təzyiq, habelə sentyabr ayından etibarən nüvə proqramı ilə bağlı qlobal sanksiyaların bərpası ilə üzləşib.

Hakimiyyət orqanları iqtisadi məsələlərlə bağlı etirazları qanuni hesab etsələr də, təhlükəsizlik qüvvələrinin köməyi ilə sərt tədbirlər tətbiq edirlər.

Əgər ilkin etirazlar ötən il rialın dollara nisbətən dəyərinin yarıbayarı azalması və dekabrda inflyasiyanın 40 faizi keçməsi fonunda iqtisadi məsələlər üzərində cəmləşmişdisə, zamanla bu aksiyalar transformasiya olunaraq birbaşa hakimiyyətə qarşı yönəlmiş şüarları da əhatə etməyə başlayıb.

İranda gecə saatlarında internet kəsilib. Cümə günü “Reuters”in müxbirlərinin xaricdən İrana zəng etmək cəhdləri uğursuz olub.

Dubay hava limanının saytında yerləşdirilən məlumata görə, cümə gününə planlaşdırılan Dubay ilə İran şəhərləri arasında azı altı reys ləğv edilib.

Избранный
60
1
azertag.az

2Источники