RU

ABŞ nüvə sınaqlarını bərpa edir?

Vaşinqton administrasiyasının rəsmiləri ABŞ-ın nüvə sınaqları keçirməsi ehtimalını müzakirə etsələr də, hələlik bu barədə konkret plan hazırlanmayıb.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

ABŞ-ın nüvə sınaqlarını bərpa edib-etməyəcəyi və bunun nə vaxt baş verə biləcəyi ilə bağlı suala cavab olaraq nazir bildirib: “Bu məsələ ilə bağlı dialoq davam edir”. O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp ölkənin strateji üstünlüyünü qorumaqda qərarlıdır.

“Nüvə arsenalımız dünyadakı bütün rəqiblərimizin arsenalından xeyli üstün olmalıdır”, – deyə Rayt vurğulayıb.

ABŞ-ın sınaqları hansı formada keçirə biləcəyi məsələsinə toxunan nazir qeyd edib ki, bu istiqamətdə konkret plan mövcud deyil. O bildirib: “Texnologiya və simulyasiyalardan istifadə etməklə, radioaktiv komponentlər istisna olunmaqla, nüvə silahlarını yüksək keyfiyyət nəzarəti altında sınaqdan keçirmək mümkündür”.

Избранный
95
4
publika.az

5Источники