RU

Deputat: “İşsiz qalan adamlar müəyyən sahələrdə mütəxəssis kimi peyda olurlar, ona görə də reabilitasiya mərkəzləri üzərində nəzarət olmalıdır”

Son günlər ölkədə fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin mini həbsxana fonunda, qeyri-qanuni fəaliyyət göstərməsi məsələsi gündəmdədir. Reabilitasiya mərkəzlərinin dövlətin nəzarəti altına keçməsinə və lisenziyalaşdırılmasına dair ciddi çağırışlar edilir.

 

Milli Məclisin komitə sədri Fazil Mustafa isə bununla bağlı Pravda.az-a açıqlamasında bildirib ki, deyilənləri bütün reabilitasiya mərkəzlərinə aid etmək olmaz.

 

“Bu, sağlamlığın hansı forması ilə bağlı olmasından asılıdır. Təbii ki, reabilitasiyalar üzərində nəzarət olmalıdır. Xüsusilə, özəl sahədə insanların qiymət artımı, süni qiymət şişirtmələri ilə müəyyən problemlər yaşamalarına imkan vermək olmaz. Eyni zamanda mütəxəssis baxımından da ciddi lisenziyalaşma həyata keçirilməlidir, çünki bir çox hallarda işsiz qalan adamlar müəyyən sahələrdə mütəxəssis kimi peyda olurlar. Bu da arzulanan vəziyyət deyil. Hər halda bu kimi məsələlərə ciddi yanaşmalı, lisenziya məsələsində tamamilə mütəxəssis variantının tətbiqinə çalışmalıyıq. Buna görə də elə-belə, süni, saxta sertifikatlarla hansısa işin götürülməsi problemlər yaradır. Xüsusilə, insan sağlamlığı üçün narahatlıq yaradan bütün amillərə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq. Müvafiq qurumlar da nəzarət mexanizmini gücləndirməlidirlər. Bu nəzarət mexanizmi bizdə siqaretə, yaxud başqa məsələlərə olan nəzarət kimi neqativ istiqamətdə getməməli, həqiqətən də, insan sağlamlığına aid məsələlərin həllinə yönəlməlidir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Yanvar 2026, 11:00   
Избранный
26
1
pravda.az

2Источники