Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта