RU

Rusiya Ukraynaya "İsgəndər" raketi və 120 dronla hücum edib

Rusiya yanvarın 10-na keçən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və 120-dən çox döyüş dronu ilə zərbə endirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri 94 uçuş aparatını vurub.

İlkin məlumatlara görə, ballistik raketin və 27 hücum dronunun 15 əraziyə düşdüyü müəyyən edilib, bundan əlavə vurulan aparatların qalıqları bir əraziyə düşüb.

Dağıntılar, yaxud ölən və yararalıların olub-olmadığı barədə hələlik məlumat yoxdur. 

Избранный
26
5
xezerxeber.az

6Источники