ain.az, Axsham.az portalına istinadən məlumat verir.
Aparıcı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib.
Axşam.az xəbər verir ki, aparıcı "Səni axtarıram" verilişində icra hakimiyyətindən lazım olduğu cavabı ala bilmədiyini deyib. O bildirib ki, neçə gündür icra başçısı ilə əlaqə qura bilmir:
"Mənim üçün xarici ölkədə ən çətin şey hüquq mühafizə orqanlarından cavab almaqdır. Amma 15 dəqiqəyə cavab alıram. Gördüyünüz kimi, dünəndən Tovuz rayonunun icra başçısını tapa bilmirəm. Nəinki jurnalisti, ümumiyyətlə hər bir sıradan insanı qəbul etmək icra başçısının və dövlət qurumu rəhbərinin birbaşa borcudur. Çünki cənab Prezident onları insanlarla işləmək üçün təyin edib. Vəzifədə olan hər bir insan bu etimadı doğrultmalıdır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.