RU

“PAŞA Bank”da yeni təyinat FOTO

Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətində yeni kadr təyinatı həyata keçirilib.

Doğru.az xəbər verir ki, kredit.az-a istinadən verilən məlumata görə, Zara İbrahimzadə Bankın Baş İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin olunub. O, 2023-cü ilin fevral ayından etibarən “PAŞA Bank”ın Marketinq departamentinin direktoru kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, Zara İbrahimzadə bundan əvvəl ABB-də Marketinq departamentinin direktoru vəzifəsində çalışıb. O, 2020-ci ilin dekabrında bu vəzifəyə təyin edilib və 2023-cü ilin yanvarında bankdan ayrılıb.

Corc Mason Universitetinin (ABŞ) məzunu olan Z.İbrahimzadə son 15 il ərzində Türkiyədə fəaliyyət göstərib, “LUKOIL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə kimi iri şirkətlərdə marketinq və PR layihələrinə rəhbərlik edib.

Yeni təyinat bankın strateji kommunikasiya və brend mövqeləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi kimi qiymətləndirilir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
1
dogru.az

2Источники