Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Mərkəzi Bank 7 avqust 2024-cü ildə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verdiyi "Drakaris" MMC-ni külli miqdarda cərimələyib.
Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank tərəfindən şirkətdə 2024-2025-ci il dövrlərini əhatə edən planlı tematik yoxlama aparılıb. Yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi qiymətləndirilib.
Nəticədə MMC tərəfindən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktları müəyyən edilib.
"Atles Plaza" biznes mərkəzində fəaliyyət göstərən "Drakaris" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələri üzrə inzibati məsuliyyətə cəlb edilib. Məhkəmənin hökmü ilə şirkət rəhbəri 10.000 manat cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 807216 AZN olan "Drakaris" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cəfərov Vüqar Mayis oğludur.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.