RU

Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi xəsarət aldı - Zelenski ilə görüşdə ÜZƏ ÇIXDI

Ukrayna Təhlükəsizlik Xidməti rəisinin səlahiyyətlərini icra edən Yevgeni Xmara xəsarət alıb. 

"Yeni Sabah" xəbər verir ki, bu, onun ölkə Prezidenti Volodimir Zelenski ilə görüşdən yayılan fotolardan məlum olub. 

Dövlət başçısı yanvarın 10-da Yevgeni Xmaranı  qəbul edib. Təhlükəsizlik Xidmətinin rəhbəri görüşə qolu sarıqlı və boynundan asılı vəziyyətdə gəlib. 

Onun hansı şəraitdə xəsarət aldığı məlum deyil . 

Xatırladaq ki, Yevgeni Xmara yanvarın 5-dən Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra edir. 

O, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin tərkibində fəaliyyət göstərən elit “Alfa” xüsusi təyinatlı dəstəsinin keçmiş rəisi olub.

Rusiya qarşı bir sıra uğurlu əməliyyatlar onun adı ilə bağlıdır. Moskva onu əsas düşmənlərindən biri sayır və aradan götürmək üçün çoxlu cəhdlər edib.


Telegram kanalımız
Избранный
70
yenisabah.az

1Источники