Tehrandan İrəvana və əks istiqamətə uçuşlar bu gün ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Hava limanındakı onlayn uçuş cədvəlində bütün uçuşların ləğv olunduğu görülüb.
Səbəb məlum olmasa da, bunun İrandakı etirazlarla bağlı olduğu deyilir.
Uçuşlar dünənə qədər həyata keçirilirdi.
Bundan əvvəl Bakıdan İrana uçuşlar ləğv olunmuşdu.
Ağarza Elçinoğlu