Şimal-Qərb bölgəsindən keçən avtomobil yollarında bu saatlarda qatı duman müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə ərazisindən keçən Şəki-Qax- Zaqatala avtomobil yolunda eləcə də Yevlax-Zaqatala-Gürcüstan magistralının əsasən Qax və Zaqataladan keçən ərazilərində qatı duman müşahidə olunur.
Məlumata görə, duman bəzi yerlərdə görmə məsafəsini 5-8, bəzən isə 12-15 metrə kimi məhdudlaşdırıb.
Qeyd edək ki, səhər saatlarından bölgənin əksər ərazilərində yağışlı hava müşahidə olunub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта