“Broad Arrows” hərrac evi yanvarın sonunda “Formula-1” avtomobilini hərraca çıxaracaq.
"Football-plus.az" xəbər verir ki, bu, Mihael Şumaherin karyerasında ilk qələbəsini qazandığı 1992-ci il mövsümündən qalan “Benetton-Ford” komandasının 5 nömrəli şassisidi. Avtomobilin təxmini dəyəri 8,5 milyon avrodu.
Şumaher məhz bu avtomobilin sükanı arxasında 1992-ci ildə Belçika “Qran-pri”sini qazanmışdı. Almaniyalı pilot həmin il beş mərhələdə bu avtomobillə yarışmış, həmçinin Kanada mərhələsində 2-ci yeri tutmuşdu.
“Benetton” yarışdan ayrılandan sonra avtomobil “Renault Classic” kolleksiyasında saxlanılıb, daha sonra tam işlək vəziyyətə gətirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта