RU

"Yuventus" və "Milan" oyunçularını dəyişə bilər

"Milan" yarımmüdafiəçisi Ruben Loftus-Çiki "Yuventus"un müdafiəçisi Federiko Qatti ilə dəyişdirə bilər.

Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, hər iki klub futbolçuların dəyişdirilməsinə maraq göstərir.

Məlumata görə, ingilis futbolçu “Yuventus”un baş məşqçisi Luçano Spalletti üçün yarımmüdafiədə yeni alternativlər yaradacaq. “Milan”ın çalışdırıcısı Massimiliano Alleqri isə uzun müddətdir mərkəz müdafiəçisi transfer etmək istəyir.

Qeyd olunur ki, hər iki oyunçu da razılaşmanın reallaşmasında maraqlıdır, çünki Loftus-Çik və Qatti müntəzəm oyun vaxtı qazanmaq niyyətindədirlər.

Xatırladaq ki, Ruben Loftus-Çik 2023-cü ildə "Çelsi"dən 19 milyon avroya “Milan”a transfer olunub və onun müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Federiko Qatti isə 2022-ci ildə "Frozinone"dən 9 milyon avroya “Yuventus”a keçib. Müdafiəçinin Turin klubu ilə sözləşməsi 30 iyun 2030-cu ilədəkdir.

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Tedesko: “Fənər”in baş məşqçisi olmaq mənim üçün qürurdur”

“Qalatasaray” mükafatlandırılma mərasimindən imtina etdi - Şüarlara görə

Türkiyə Superkuboku: “Fənərbaxça” çempion - YENİLƏNİB

Избранный
16
apasport.az

1Источники