RU

Avropa İttifaqı 100 minlik ordu yaratmaq istəyir

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) ən azı 100 min nəfərlik ordu yaratmalıdır. Bu qüvvələr ABŞ-ın Avropadan çıxarmağı planlaşdırdığı hərbi kontingenti əvəz etməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə BNS məlumat yayıb.

Məlumata görə, belə bir çağırışla Müdafiə və Kosmik Məsələlər üzrə Avropa Komissarı Andrius Kubilius çıxış edib. Onun sözlərinə görə, hazırda Avropada yerləşdirilən təxminən 100 min amerikalı hərbçi eyni sayda birləşmiş Aİ silahlı qüvvələri ilə əvəz olunmalıdır.

Kubilius həmçinin Avropa təhlükəsizliyinə cavabdeh olacaq xüsusi bir qurumun yaradılmasının vacibliyini vurğulayıb. Onun təklif etdiyi plana əsasən, bu qurum daimi və rotasiya əsasında dəyişən üzvlərdən ibarət olacaq. Yeni struktura ümumilikdə 10–12 üzvün daxil edilməsi nəzərdə tutulur.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
globalinfo.az

1Источники