Luis Enrike 2027-ci ilin yayında PSJ-nin baş məşqçi vəzifəsindən ayrıla bilər.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis başqa bir komandada yeni bir təcrübə qazanmaq istəyir.
Bir müddət əvvəl Fransa klubunun idman direktoru Luiş Kampuş Enrikenin PSJ-dən ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib etmişdi. Lakin 55 yaşlı məşqçi yeni macəra axtarışındadı və müqaviləsinin müddəti sona çatdıqdan sonra paytaxt təmsilçisi ilə vidalaşmağı planlaşdırır.
Enrike 2023-cü ilin yayından PSJ-nin baş məşqçisidi. Komanda onun rəhbərliyi altında Çempionlar Liqası, UEFA Superkuboku və 2 dəfə Fransa çempionatının qalibi olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта