RU

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında Cəlilabad rayonu ərazisindən keçən hissədə qeydə alınıb.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən piyadanı vurub.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
131
1
konkret.az

2Источники