Sumqayıt şəhərinin Tuqzavod sənaye zonasında yerləşən anbarda yanğın qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin yanğın-söndürmə qüvvələri əraziyə cəlb olunub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə nəzarət altına götürülüb. Ərazidə təhlükəsizlik tədbirləri təmin edilib, başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.