RU

ASCO-nun “Şirvan” kran gəmisi əsaslı təmir edilib (FOTO)

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Şirvan” kran gəmisiəsaslı təmir edilib.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılanproses çərçivəsində gəminin şpil qurğusu, yağ və su soyuducuları,hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar,separatorlar, kompressorlar, köməkçi mühərriklərin generatorları,elektrik mühərrikləri və boru sistemləri təmir olunub. Eynizamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrikhissələrində zəruri yoxlama və təmir işləri yerinə yetirilib.

Heyətin yaşayış otaqlarında, sanitar qovşaqlarda vəyeməkxanalarda lazımi təmir işləri aparılıb, su keçirməyən qapılar,illüminatorlar, ventilyasiya qapaqları təmir edilib.

100 tonluq kran qolu və bütün istiqamətləndirici dairələridemontaj olunub, əsaslı təmir edildikdən sonra yerinə quraşdırılıb,kranın bütün burazları dəyişdirilib.

Baş və köməkçi mühərriklərin təmirini Xəzər Dəniz NeftDonanmasının tərkibində fəaliyyət göstərən üzən emalatxanınişçiləri yerinə yetiriblər.

Sualtı hissəsinin texniki vəziyətini yoxlamaq məqsədilə gəmitərsanəyə qaldırılıb, pər-sükan qurğuları, dib-yan armaturlarının,protektor qurğularının təmiri aparılıb, sualtı və suüstü hissələrdəzədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib,təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortdaqoruyucu təkərlər yenilənib.

İşlər başa çatdıqdan sonra gəminin kran qurğusu uğurla sınaqdankeçirilib. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdəyoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb.Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registrtəsnifatı nümayəndələrinə təhvil verilib.

Məlumat üçün bildiririk ki, “Şirvan” kran gəmisinin uzunluğu98,5, eni 17 metrdir. Gəmi 2×2400 at gücünə malik baş mühərriklərlətəchiz olunub.

ASCO-nun
ASCO-nun
ASCO-nun
ASCO-nun
Məqalədə:
Избранный
116
7
az.trend.az

8Источники