RU

Tanınmış yazar 90 yaşında vəfat etdi

İsveçrəli yazıçı Erich fon Daniken 90 yaşında dünyasını dəyişib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, müalicə aldığı İnterlaken şəhərindəki xəstəxanada vəfat edib. 

Erich von Daniken qocalıqla əlaqəli təbii səbəblərdən ölüb. Onun 1968-ci ildə nəşr olunmuş "Chariots of the Gods?" kitabı bütün dünyada böyük sensasiyaya səbəb olub. 40-dan çox dilə tərcümə edilən bu kitab milyonlarla nüsxə satılıb və kult klassikasına çevrilib. 

Karyerası boyunca 49 kitab müəllifi olan fon Daniken çoxsaylı sənədli filmlərə və televiziya proqramlarına da ilham verib. 

Избранный
146
30
unikal.az

10Источники