Bakı. Trend:
Xəbər verdiyimiz kimi, "Gənclərin xariciölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-citədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat,magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcəktəhsil proqramlarının siyahısı müəyyən edilib.
Trend xəbər verir ki, yeni siyahıya əsasən, namizədlərə 15 prioritetixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqramüzrə təhsil almaq imkanı yaradılıb.
Prioritet 15 ixtisas bunlardır: informasiya texnologiyaları;mühəndislik; statistika və verilənlərin təhlili; fundamental vətətbiqi elmlər; ictimai səhiyyə; təhsil; ətraf mühit; aviasiya vəkosmos; dövlət idarəetməsi; nəqliyyat və logistika; energetika;iqtisadiyyat; maliyyə; arxitektura və dizayn; kənd təsərrüfatı.
Siyahıda qeyd edilən universitetlərdən 2026/2027-ci tədrisilində "Times Higher Education", "QS World University Rankings" və“Academic Ranking of World Universities (Shanghai)” reytinqsistemində ilk 200-lükdə yer alan doktorantura proqramlarına qəbulalmış şəxslər Dövlət Proqramına müraciət edə bilərlər.
Dövlət Proqramı çərçivəsində sənəd qəbulu dövründə yalnızənənəvi təhsil (offline) və doktorantura dərəcələri üzrə yalnızsiyahıda yer alan ATM üzrə (ikili və birgə diplomları nəzərəalınmır) qəbul sənədlərinin qiymətləndirilməsi aparılır.
Eyni zamanda, 15 prioritet ixtisas sahələri ilə yanaşı2026/2027-ci tədris ilində "Times Higher Education", "QS WorldUniversity Rankings" və “Academic Ranking of World Universities(Shanghai)” reytinq sistemində yalnız "universitetlər üzrə top10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan,siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat,magistratura və doktorantura proqramlarına qəbul almış şəxslərDövlət Proqramına müraciət edə bilərlər. Ötən illərdə UniversityCollege London (UCL) üzrə göndərilən namizədlərin sayını nəzərəalaraq bu yanaşma 2026/2027-ci tədris ilində UCL üçün tətbiqolunmayacaq və yalnız siyahıda olan proqramlar üzrə müraciətlərqəbul olunacaq.
Prioritet ixtisas sahələri ilə yanaşı, "mədəniyyət və incəsənət"sahəsi üzrə ayrıca əlavə olunmuş siyahıya uyğun nüfuzlu ali təhsilmüəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistraturaproqramlarına qəbul almış şəxslər dövlət proqramına müraciət edəbilərlər.
Siyahıların açıqlandığı dövr ərzində aşağıda verilən proqramlarsırasında müvafiq ali təhsil müəssisəsi tərəfindən təhsilin forması"executive", "distant" və "non-degree", tərəfdaş universitetisiyahıda olmayan "joint degree" formatına dəyişdirilə bilər.