RU

Aİ Komissiyası İrana qarşı daha sərt sanksiyalar təklif edir

Aİ Komissiyası İrana qarşı daha sərt sanksiyalar təklif edir

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Anuar əl-Anuni İranda baş verən etiraz aksiyalarında ölənlərin olduğu barədə xəbərlərə görə dəhşətə gəldiklərini bildirərək, “Etirazçılara qarşı zorakı repressiyalardan sonra yeni və daha sərt sanksiyalar təklif etməyə hazırıq” deyib.

Əl-Anuni və Aİ Komissiyasının baş sözçüsü Paulo Pinyo Brüsseldə keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin İrandakı proseslərlə bağlı suallarını cavablandırıblar.

İrandakı etirazlarda həyatını itirənlərin olduğu xəbərlərinə görə dərin narahatlıq keçirdiklərini və nümayişçilərə qarşı güc tətbiqini qınadıqlarını bildirən Əl-Anuni “Etirazçılara qarşı zorakı təzyiqlərdən sonra yeni və daha sərt sanksiyalar təklif etməyə hazırıq” ifadəsini təkrarlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aİ-nin terror siyahısına salınıb-salınmayacağı ilə bağlı suala cavab verən Əl-Anuni bu mövzuda üzv ölkələr arasında müzakirələrin məxfilik qaydaları çərçivəsində davam etdiyini və daha ətraflı məlumat verə bilməyəcəyini deyib.

Aİ-nin İrandakı etirazlarda mümkün xarici müdaxilələri dəstəkləyib-dəstəkləmədiyi sualına da cavab verən Əl-Anuni “Siyasətimiz hər zaman aydın olub: Rejim dəyişikliyi Aİ siyasətinin bir hissəsi deyil. İran vətəndaş cəmiyyətinə verdiyimiz dəstək yeni məsələ deyil. İran xalqının azadlıq və ləyaqətə təminat yönündəki istəklərini dəstəkləmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə qərarlıyıq” deyib.

Paulo Pinyo isə devrilmiş İran şahının sürgündə yaşayan oğlu Rza Pəhləvi kimi şəxslərlə əlaqədə olub-olmadıqları sualına cavab olaraq, bunun təəccüblü olmayacağını, çünki oxşar vəziyyətin Venesuela və Ukraynadakı müxalif liderlərlə bağlı da yaşandığını qeyd edib.

Избранный
46
afn.az

1Источники