ain.az, Bizimyol saytına istinadən bildirir.
“Pəhləvinin hakimiyyətə gəlməsi sual altındadır. Amma Pəhləvi hakimiyyətə gələrsə, güneydəki soydaşlarımız üçün heç bir müsbət əhəmiyyətə malik olmayacaq. Hətta o, hakimiyyətə gəldikdən sonra ehtimal ki, oradaki soydaşlarımıza qarşı olmazın bir repressiya başlansın. Bu prosesin gerçəkləşməsi istisna edilmir. Amma bunun başlaması da qurula biləcəyi ehtimal olunan Pəhləvi rejiminin də sonu olacaq”.
Bu barədə siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib.
Rufiz Hafizoğlu
“Bəzi siyasilər iddia edir ki, İranda hakimiyyət dəyişilirsə, İran nüvə silahından imtina edəcək. İran heç bir halda nüvə silahından imtina etməyəcək. İranın nüvə reaktorlarının olması, İranın bölgədə nüvə dövləti olması reallığı həmişə olacaq. Mən İslami İranı demirəm, yəni milli-fars imperializmi düşüncəsində şovinizmlə bəslənəcək bir İran olarsa, ilk növbədə onun nüvə silahı əldə etməsinə heç şübhəsiz, əmin olun ki, İsrail kömək edəcək. Çünki Pakistan və Türkiyə faktoru var”-deyə politoloq qeyd edib.
Politoloqun fikrincə, Pəhləvinin hakimiyyətə gəlməsi bir çox ölkələr üçün, o cümlədən Azərbaycan və Türkiyə üçün çox ciddi problem ola bilər: “Bugünkü Azərbaycan siyasəti ilə Pəhləvi hakimiyyətə gələndən sonra bir müddət normal münasibətlər ola bilər. Amma əmin olun ki, Pəhləvi rejimi hakimiyyətə gəlsə, İran-Azərbaycan münasibətləri yaxşı olmayacaq.
Bu gün ən önəmli fakt güneydə yaşayan soydaşlarımızın maksimum təhlükəsizliyi məsələsidir. Söhbət ondan getmir ki, biz ora bu və ya digər şəkildə müdaxilə edirik. Xeyr. Amma təbii ki, bu, bizim milli məsələmizdir. Digər bir tərəfdən, bölgədə yeni bir həssas durumun yaranması bizim üçün də ən azı təhlükəsizlik baxımından çox ciddi fəsadlara yol aça bilər”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.