RU

Ronaldu karyerasının 959-cu qolunuVURDU

Səudiyyə Ərəbistanı Pro Liqasının 15-ci turunda "Ən-Nəsr" "Əl-Hilal"ın qonağı olub.

Redaktor.az xəbər verir ki, Ər-Riyad derbisində meydan sahibləri üstün olublar - 3:1.

Hesabı 42-ci dəqiqədə Kriştianu Ronaldu açıb. O, karyerasındakı 959-cu qola imza atmaqla "Ən-Nəsr"i önə çıxarıb. 57-ci dəqiqədə Əd-Davsari penaltini dəqiq yerinə yetirərək oyunda tarazılıq yaradıb.

Üç dəqiqə sonra qonaqlar azlıqda qalıblar. Say üstünlüyündən yararlanan meydan sahibləri 81-ci və 90+2-ci dəqiqələrdə qol vurublar. Kanno oyundan, Neves penaltidən fərqlənib.

Bu nəticədən sonra "Əl-Hilal" 38 xalla turnir cədvəlində başçılıq edir. Onun ən yaxın izləyicisi olan "Ən-Nəsr" liderdən 7 xal geri qalır.

Избранный
88
3
redaktor.az

4Источники