RU

Qonşu ölkədə güclü zəlzələ oldu

Rusiyanın Kuril adaları yaxınlığında 5,6 bal gücündə hiss olunmuş zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyasında bildirilib.

Məlumata əsasən, yeraltı təkanlar Severo-Kurilsk şəhərindən 194 km cənubda, dəniz dibinin 49 km dərinliyində qeydə alınıb.

Qeyd olunub ki, şəhərdə Rixter şkalası üzrə iki bal gücündə yeraltı təkanlar hiss olunub.

Milli.Az

Избранный
34
2
milli.az

3Источники