Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA Optima" və “TOYOTA Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib. Yanğın nəticəsində "TOYOTA Prius" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.