
ABŞ-nin dövlət katibi Marko Rubio bu gün Dövlət Departamentində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüş yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00 - red.) başlayacaq.
Məlumata görə, görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun baş əməkdaşı Brendan Hanrahan da iştirak edəcəklər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта