RU

“Qarabağ”da növbəti BRAZİLİYALI – 3 milyon avroluq transfer…

Portuqaliyanın “Akademiko” klubu “Qarabağ”ın transfer hədəflərindən olan futbolçusu Andre Klovisin qiymətini müəyyənləşdirib.

Teleqraf məşhur insayder Felipe Silvaya istinadən xəbər verir ki, Vizeu təmsilçisi braziliyalı hücumçu üçün 3 milyon avro tələb edir.

28 yaşlı forvardla “Qarabağ”la yanaşı, Çinin “Uhan Fri Tauns” klubu da maraqlanır.

Qeyd edək ki, Andre Klovis 2025-ci ilin yayından “Qarabağ”ın transfer siyahısında yer alır. O, cari mövsümdə meydana çıxdığı 20 oyunda 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
13
1
millitv.net

2Источники