Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan tarixində adı yaxşı qalan az sayda qadınlarımız olsa da, Ayna Sultanova kimi bolşevik maşası olan, ancaq buna baxmayaraq, adına küçə, özünə heykəl ucaldılan qadınlarımız da var.
Məlum, Ayna Sultanova ilk azərbaycanlı qadın nazirdir.
O, repressiya qurbanı olsa da, ən qatı, ən amansız bolşevik qadın olub. Üstəlik, həm də məhz partiyaya yazılan ilk azərbaycanlı qadın.
Azərbaycanda Nərimanovdan sonra heykəli olan tək bolşevik qadındır.
Həyat yoldaşı Həmid Sultanov da Şaumyanın ən yaxın silahdaşı idi. O cümlədən qardaşı Qəzənfər Musabəyov Bakının işğalı üçün qırmızı ordunun tərkibində vuruşanlardan biri olub. Məhz buna görə bakılılar Qəzənfər Musabəyova “Padla Qəzənfər” ləqəbini vermişdilər.
Ayna Sultanova istər jurnal redaktoru, istərsə də Maarif və Ədliyyə Xalq Komissarı, həmçinin Ali Məhkəmə sədri vəzifələrində çalışaraq məhz Sovet hakimiyyətinin möhkəmləndirilməsində amansız şəkildə iştirak etmişdir.
Təsəvvür edin, yoldaşı, üç övlad atası olan Həmid Sultanov oğullarından birinin adını Leninin şərəfinə Vladlen qoyur.
Rejim özü özünə o qədər xidmət etməyib ki, bu ailə o xidməti edib.
Həmid Sultanov özü eyni zamanda Firudin bəy Köçərlinin güllələnmə əmrini verən daxili işlər komissarı idi.
Roma papasından daha çox katolik olmağa çalışan Ayna Sultanova, Bakı Kommunasının süqutundan, yəni 31 iyun 1918-il tarixdən sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini yenə də davam etdirib. Daha dəqiq, Həştərxana gedərək Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərmişdi. Bunu isə özünə yanaşan maşalıqla, Müsavat ordusunun zabitləri ilə gəzərək etmişdi. Əldə etdiyi məlumatları da, təbii ki, bolşeviklərə ötürürdü.
Dəhşətli bir məqam həm də odur ki, Ayna yoldaşı ilə də partiyanın əmri ilə evlənmişdi. Onlara Gəncə qiyamı zamanı öldürülən ziyalıların qızılları hədiyyə olaraq verilmişdi.
Bu, o Ayna Sultanovadır ki, Hüseyn Cavid həbsxanada işgəncələrə məruz qalanda Mikayıl Müşfiqi yanına çağırıb Cavid əleyhinə məqalə yazmağı tələb etmişdi. Müşfiqin ölümünə həm də məhz Ayna Suıtanova imza atıb.
Nəhayət, 1938-ci ildə qardaşı və həyat yoldaşı ilə birgə xalq düşməni kimi güllələnirlər.
Yüzlərlə azərbaycanlının, ziyalının ölümündə əli, imzası olan bu qadına nu qədər hörmət və ehtiram şübhə doğurur.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.