RU

Fransada 21 yaşlı motosikletçi yarış zamanı faciəvi şəkildə həlak olub

Fransada

Fransada 21 yaşlı motosikletçi yarış zamanı faciəvi şəkildə həlak olubFransada keçirilən “Gurp TT” motoyürüşü faciə ilə nəticələnib.AZƏRTAC-a istinadən Ulusum.az xəbər verir ki, 21 yaşlı motosikletçi Rafael Şole Qreyan-Lopital kommunasında təşkil olunan yarış zamanı keçirdiyi ağır qəza nəticəsində həyatını itirib.İnsident zamanı onu digər iştirakçı vurub, Şole motosikletindən yıxılıb və yarış dərhal dayandırılıb. İdmançının vəziyyəti ağır qiymətləndirildiyi üçün o, helikopterlə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, bu, Fransada motokros yarışları zamanı baş verən ilk faciəvi hadisə deyil. 2019-cu ildə La-Boss-de-Bretanda keçirilən turnirdə 23 yaşlı Boris Prudom da qəza qurbanı olmuşdu.R.Daşdəmirova

Diqqət Çəkənlər

Yardımlı rayonunda həkim vəfat edib

Biləsuvarda zəlzələ oldu

Doqquz nəfər xəstəxanalıq oldu NIYƏ?

Избранный
38
2
ulusum.az

3Источники