Fransanın "Ayaçço" klubunun keçmiş prezidenti və eyni zamanda Korsika separatçı hərəkatının lideri Alen Orsoni anasının dəfn mərasimində güllələnərək öldürülüb.
Publika.az "France 3"ə istinadən xəbər verir ki, Orsoni uzaq məsafədən döş qəfəsinə açılan atəş nəticəsində həyatını itirib.
“Bu kədərli və üzücü bir an idi. Birdən atəş səsi eşitdik və Alen yerə yıxıldı”, – deyə dəfn mərasimini aparan keşiş Roder Polj bildirib.
71 yaşlı Orsoni Korsika separatçı hərəkatının lideri olub. Fransa polisi bu hərəkatı silahlı qruplaşma olan Korsika Milli Azadlıq Cəbhəsinin qanuni qanadı kimi qiymətləndirib.