RU

Dünya bazarında neft niyə ucuzlaşır? QHT sədri AÇIQLADI

Dünyada maraqlı paradoksal vəziyyət yaranıb. Ciddi münaqoşələr, uzanan Rusiya Ukrayna müharibəsi, böyük neft ehtiyatları olan ölkələrə tətbiq edilən embarqolar mövcuddur. Bəs niyə dünya bazarlarında neft ucuzlaşır?

QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, son dövrlərdə dünya neft bazarlarında qiymətlərin aşağı istiqamətdə hərəkəti müşahidə olunur. Bu proses təkcə bir amillə deyil, bir-birini tamamlayan iqtisadi, maliyyə və struktur faktorların məcmusu ilə izah olunur. Neft bazarı qlobal iqtisadiyyatın güzgüsü olduğundan, qiymətlərdəki dəyişikliklər daha geniş iqtisadi proseslərin göstəricisidir:

"Hazırda neftin ucuzlaşmasının əsas səbəblərindən biri bazarda təklif bolluğudur. ABŞ-da şist neftinin hasilatı rekord səviyyələrdə qalmaqda davam edir. OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı razılaşmalar əldə etsələr də, bəzi üzv ölkələr kvotalara tam əməl etmir. Eyni zamanda, İran, Venesuela və Liviya kimi ölkələrin bazara qayıdışı qlobal təklifi daha da artırır.

Təklifin tələbdən sürətlə artması qiymətlər üzərində aşağı yönlü təzyiq yaradır".

Избранный
120
qht.az

1Источники