
“Hazırda Ermənistan və Azərbaycan müdafiə nazirlikləri arasında ayrıca əlaqə yoxdur”.
Missiya.Az "Armenpress"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransı zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırda belə əlaqələr baş tutmur.
Papikyan qeyd edib ki, yeni bir şey olanda bu barədə danışacağıq.
Nazir bundan əlavə, Ermənistan və Azərbaycanın müxtəlif nazirlikləri arasında, eləcə də ekspert səviyyələrində müəyyən danışıqların olduğunu bildirib.
Daşqın HəsənovMissiya.Az