Bakı.Trend:
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimliqiymətlərlə əlavə qatar reysləri təyin edir.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, 5 yanvar 2026-cı il tarixindən etibarənBakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 faizendirim tətbiq olunur.
Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıqpulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınmasıüçün rüsum 40 manatdan 20 manata endirilib.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya“ADY Mobile” tətbiqindən əldə etmək olar.