RU

Rusiyaya HÜCUM

Ajans.az xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram kanalında məlumat yayıb. Bildirilib ki, hücuma məruz qalan “Atlant Aero” müəssisəsi “Molniya” kəşfiyyat dronları və “Orion” tipli hücum PUA-larının layihələndirilməsi, istehsalı və sınaqlarını əhatə edən tam istehsal dövrünü həyata keçirib. Baş Qərargahın açıqlamasında qeyd olunur ki, sözügedən obyektin sıradan çıxarılması Rusiyanın pilotsuz uçuş aparatları istehsal etmək imkanlarını zəiflədəcək və Ukrayna ərazisində mülki hədəflərə zərbələr endirmək potensialını azaldacaq. Məlumata görə, zavodun istehsal binalarının yerləşdiyi ərazidə partlayışlar və yanğın qeydə alınıb. Hadisənin nəticələri ilə bağlı əlavə məlumat verilməyib.

 

Избранный
49
1
Ajans.az

3Источники