RU

Ukrayna dronları Taqanroqda hərbi zavodları dağıtdı Qubernatordan açıqlama

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Taqanroq şəhəri ən azı yeddi Ukrayna pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar yanvarın 13-də bildirib.

Rusiya teleqram kanalı ASTRA yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı məlumatlara istinadən hücumun əsas hədəfinin “Atlant Aero” zavodu və Beriev adına aviatəmir zavodu ola biləcəyini yazır. Paylaşılan videolarda sənaye obyektləri ərazisində güclü yanğın qeydə alınıb.

Məlumata görə, “Atlant Aero” müəssisəsi döyüş dronları üçün komponentlər, idarəetmə sistemləri, eləcə də radioelektron mübarizə kompleksləri istehsal edir. Zavodun fəaliyyəti əsasən “Orion” tipli dronların və FPV pilotsuz aparatlarının hazırlanmasına yönəlib.

Taqanroq şəhərinin başçısı Svetlana Kambulova bildirib ki, hava hücumu nəticəsində beş çoxmənzilli bina, üç fərdi yaşayış evi, iki sənaye müəssisəsi və altı avtomobil zədələnib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Taqanroqdakı “Atlant Aero” zavoduna zərbə endirildiyini rəsmən təsdiqləyib.

Eyni gecə Ukrayna dronlarının hücumuna Lipetsk vilayətinin Yelets şəhəri də məruz qalıb. Vilayətin qubernatoru İqor Artamonovun məlumatına görə, bir nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi isə 13 yanvara keçən gecə ümumilikdə 89 Ukrayna pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
azpolitika.info

1Источники