RU

Zeytun Pharmaceuticals” bir ildə 30 tender udub, 76 milyon sifariş alıb (SİYAHI)

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Zeytun Pharmaceuticals” MMC 2025-ci il ərzində 30 müxtəlif tenderin qalibi olub.

Qaynarinfo FED.az-a istinadla xəbər verir ki, şirkət ötən il ərzində müxtəlif qurumlarla ümumi dəyəri 76 milyon 184 min 234 manat olan satınalma müqavilələri bağlayıb. 

Şirkətin qalibi olduğu tenderlər arasında ən böyük məbləği olanı Səhiyyə Nazirliyinin "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi ilə bağladığı müqavilə olub. Belə ki, MMC Mərkəzə "İmtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri satıb ki, bunun da dəyəri 13 milyon 61 min manat təşkil edib.

Daxili İişlər Nazirliynin Daxili Qoşunlar Baş İdarəsi isə "Zeytun Pharmaceuticals”dən 17 min 74 manat olan dərman vasitələri satıb.

Bəhs olunan dövrdə "Zeytun Pharmaceuticals” MMC "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsinin 23 tenderinin qalibi olub ki, bu müqavilələrin də ümumi dəyəri 65 milyon 47 min 57 manat təşkil edib.

Qeyd edək ki, MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 000 manat olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. 

Aşağıdakı cədvəldə "Zeytun Pharmaceuticals” MMC-nin 2025-ci il ərzində qalibi olduğu tenderlərin siyahısı göstərilib:

S/N

Satınalan təşkilatın adı

Satınalma predmeti

Müqavilənin məbləği (manatla)

1

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat malları (LOT 3)”nın satın alınması

254,788.02

2

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Tibb müəssisələri üçün bezlər"in satın alınması

693,238.20

3

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik sərfiyyat malları (LOT 4)”nın satın alınması

947,928.69

4

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat malları”nın (LOT 7) satın alınması

585,095.97

5

Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi

Dərman preparatları

17,074.19

6

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması

46,716.61

7

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması

272,060.80

8

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"İmtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri”nin satın alınması

13,061,474.81

9

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahiyyə əməliyyat bloku üzrə sərfiyyat malları”nın satın alınması

567,621.06

10

"Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi

2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair uşaqlar üçün vaksinlərin satın alınması

3,746,076.14

11

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Rentgen və digər diaqnostik vasitələr”in satın alınması

686,016.31

12

"Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi

İİV-la mübarizə tədbirlər proqramı çərçivəsində ARV dərmanlarının satın alınması

2,861,504.72

13

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması

3,838,441.47

14

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Güclü təsiredici və psixotrop dərman vasitələri"nin satın alınması"

11,947,527.42

15

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı

Hemodializ tibbi sərf materiallarının satın alınması

273,075.60

16

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dərman vasitələrinin satın alınması

323,483.43

17

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Uşaqlarda kistoz fibroz genetik xəstəliyi üzrə dərman vasitələrinin satın alınması

41,985.58

18

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə sarğı və baxım vasitələrinin satın alınması

370,843.32

19

"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi

Psixotrop və güclü təsiredici dərman vasitələrinin satın alınması

96,844.58

20

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

"Orqan transplantasiyaları üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması

962,202.62

21

"Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi

Xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınması

3,867,422.16

22

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Xroniki böyrək çatışmazlığı üzrə sərfiyyat mallarının satın alınması

102,500.23

23

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dərman vasitələrinin satın alınması

690,193.21

24

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Xroniki böyrək çatışmazlığı üzrə dərman vasitələrinin satın alınması

15,259,043.98

25

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Dağınıq skleroz xəstəliyi üzrə dərman vasitələrinin satın alınması

697,999.50

26

Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi

Dərman preparatları və tibbi ləvazimatlar

275,179.04

27

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Dağınıq skleroz xəstəliyi üzrə dərman vasitələrinin satın alınması

6,794,028.89

28

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Şəkərli diabet üzrə tibbi sərfiyyat mallarının satın alınması

731,941.60

29

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

İxtioz və bullyoz epidermoliz xəstəlikləri üzrə dərman, baxım və sarğı vasitələrinin satın alınması (2025-ci il üçün)

5,579,464.28

30

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi

Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi üzrə dərman vasitələrinin satın alınması (2025-ci il üzrə)

592,461.83

13.01.2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
7
qaynarinfo.az

10Источники