RU

Netanyahunun Qüdsdəki iqamətgahında təhlükəsizlik işləri aparılır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Baş nazir Benyamin Netanyahunun Qüdsdəki Qəzza küçəsindəki şəxsi iqamətgahında genişmiqyaslı təhlükəsizlik işləri aparılır. Son günlərdə ərazidə kranlar, yük maşınları, traktorlar və digər ağır texnikalardan istifadə olunub.

Bizimyol.info xəbər verir ki, ölkə mediası işlərin çoxunun gecələr aparıldığını və qonşular üçün ciddi narahatlıq yaratdığı bildirir.

Netanyahunun özü hazırda bu evdə yaşamır və həyat yoldaşı Sara son iki həftədir ki, Mayamidədir. Baş nazir Aparatının nümayəndələri bildiriblər ki, iş təhlükəsizliyi artırmaq və məkanı genişləndirmək məqsədi daşıyır və təmir işləri ilə əlaqəli deyil.

Genişmiqyaslı işlərə təxminən 1 ton ağırlığında polad şüaların qaldırılması, zirehli konstruksiyaların quraşdırılması, pəncərələrin və binanın konstruksiyasının möhkəmləndirilməsi daxildir. Qonşular qeyd edirlər ki, iş gecələr yüksək səs-küylə müşayiət olunur və bəzən yolun və səkilərin qismən bağlanmasını tələb edir.

Bu cür tədbirlərin görülməsi ilk dəfə deyil: ötən ilin oktyabr ayında Netanyahunun Qeysəriyyədəki şəxsi villasına dron hücumundan sonra bomba sığınacağı, lift və gücləndirilmiş təhlükəsizlik tədbirləri quraşdırılıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
56
icma.az

1Источники