Bakı.Trend:
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı HakimAbdullayevin 65 illik yubileyi qeyd edilib.
Trend xəbərverir ki, peşəkar nəfəsli alətlər ifaçısı kimi özünəməxsusluğu iləseçilən yubilyarı təbrik etmək üçün çoxsaylı sənət dostları,instrumental ifaçılar və xanəndələr geniş konsertlə çıxış edərək özmusiqi sovqatlarını hədiyyə ediblər.
Yubiley gecəsində çıxış edən Xalq artisti, professor AğaverdiPaşayev, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Sənətşünaslıq üzrəfəlsəfə doktorları Əhsən Rəhmanlı, Aydın Əliyev, Əməkdar artistAkif Qürbətov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrınıninstrumental ansamblın rəhbəri Mirxalid Salayev sənətkarın ifaxüsusiyyətlərindən söz açıblar. Çıxışlarda bildirilib ki, HakimAbdullayev hər zaman mahir və yeniliklərə imza atan ifaçı kimisevilib. Həm balaban həm də klarnet alətində ecazkar ifaları iləmusiqisevərlərin zövqünü oxşayır. İfaçı uzun illərdir ki,Azərbaycan Dövlət Akademik Filarmoniyası və Rəşid Behbudov adınaDövlət Mahnı Teatrının solisti kimi səmərəli fəaliyyətini davametdirir, həm solo ifaçı olaraq həm də müşayiətçi kimi sevilib-seçilir. Yubiley tədbiri Rəşid Behbudov adına Dövlət MahnıTeatrının ansamblının müşayiəti ilə tanınmış instrumental ifaçılarvə xanəndələr , Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə“Qaytağı” ansamblının rəngarəng bir-birindən parlaq musiqinömrələri ilə davam edib. Sonda yubilyar tədbirin təşkilatçılarınavə iştirakçılara minnətdarlığını bildirib.