Bakı. Trend:
Direktor vəzifəsi üzrə cari ilin 30 oktyabr – 11 noyabrtarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsininnəticələri elan edilib.
Trend xəbərverir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, sözügedən mərhələdə 3036 namizədin müraciətiqeydə alınıb.Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqojistajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulumüsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə dəmüraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesabedilən 941 namizədin müraciəti müsbət dəyərləndirilib. Həminnamizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.
Elektron ərizə qəbulu mərhələsində nəticəsi müsbətqiymətləndirilən namizədlər üçün keçiriləcək müsahibə mərhələsindənamizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodikibacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə dərəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindənqiymətləndiriləcək.
Bununla yanaşı, bildiririk ki, müsabiqəyə müraciət etmiş şəxslərarasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakinəvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd var.
Müsabiqə şərtlərinin tələblərinə uyğun olaraq, daha öncəqiymətləndirmə nəticəsi olmayan və ya tələblərdən aşağı olannamizədlər üçün ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsinəzərdə tutulub. İştirakçılara fənn üzrə 50, metodika və təlimstrategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək.İmtahanın 24 yanvar 2026-cı il tarixində keçirilməsiplanlaşdırılır. Sözügedən namizədlərin şəxsi səhifələrinə buimtahanda iştirak imkanları barədə məlumat göndərilib.