ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
PSJ futbolçusu Fabian Ruizlə müqaviləni uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb. Tərəflər arasında yeni müqavilə danışıqları son mərhələdədir. Sözləşmənin müddəti 2029-cu ilin yayına kimi artırılacaq.
Ruiz bu mövsüm 22 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.