RU

"Mançester Yunayted" yeni baş məşqçisi ilə razılığa gəlib

“Mançester Yunayted” klubu Maykl Kerrikin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı prinsipial razılıq əldə edib.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, Kerrik cari mövsümün sonunadək “qırmızı şeytanlar”a rəhbərlik edəcək.

Xatırladaq ki, Maykl Kerrik daha əvvəl “Mançester Yunayted”də baş məşqçi Ule-Qunnar Sulşerin köməkçisi kimi çalışıb. Norveçli mütəxəssisin istefasından sonra isə komandanı müvəqqəti baş məşqçi statusunda idarə edib.

Qeyd edək ki, sabiq futbolçunun son iş yeri “Midlsbro” klubu olub. O, 2025-ci ilin yayında bu komandadan ayrılıb.

Избранный
71
1
90deqiqe.az

2Источники