RU

Qazaxıstan neftini daşıyan iki tanker vuruldu

Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yaxınlığında Qazaxıstan neftini daşıyan iki tankerə dron hücumu edilib.
ONN media xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, “Delta Harmony” və “Matilda” adlı iki neft tankeri hücuma məruz qalıb:
“Hücumdan əvvəl gəmilər terminaldan uzaqlaşıb və yükləmə növbələrini gözləyirdi. “Matilda” gəmisinin göyərtəsinə kiçik ziyan dəyib, ikinci gəmiyə dəyən ziyanın miqyası müəyyən edilir. Ekipaj üzvləri arasında itki olmayıb”.

Избранный
16
onn.az

1Источники