Reytinqli seriallardan olan "Kuruluş Orhan"a tanınmış sima daxil olub.
ONN media xəbər verir ki, bu məşhur aktyor Mustafa Üstündağdır.
O ekran əsərində "Demir Han" obrazına həyat verəcək. Digər məlumatlara əsasən isə, aktyor serialın qəhrəmanı "Orhan Bey"in ən güclü rəqibi olacaq.
Xatırladaq ki, "Kuruluş Orhan"ın baş rolunu aktyor Mert Yazıcıoğlu canlandırır.