Ajans.azxəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli "İJ-17" markalı tək lüləli ov tüfəngi tapılıb. Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən "Baykal" markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib.
Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir.