RU

Xaçmaz rayonunda ilin ilk səyyar qəbulu Hacıəlibəy kəndində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərininiştirakı ilə Hacıəlibəy kəndində səyyar qəbul keçirib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Qəbulda Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinədaxil olan Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaqkəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzimüraciətlərin həlli istiqamətində görülən işlərə görətəşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatınınyenilənməsi, su təchizatının yaxşılaşdırılması, yolların təmiri vəmavi yanacaqla bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarverib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Məqalədə:
Избранный
19
az.trend.az

1Источники