RU

Aliment ödəməyənlərin nəzərinə


2025-ci ildə 6 300-dək iş üzrə aliment ödənilməyib. Bəs alimenti ödəməyənləri hansı cəza gözləyir?
Gender.Az xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, aliment məhkəmə qərarı ilə müəyyən edilən və uşağın maddi təminatı üçün ödənilən vəsaitdir. Bu öhdəliyin yerinə yetirilməməsi qanun qarşısında məsuliyyət yaradır.
Belə ki, alimenti ödəməyən şəxslərə qarşı əvvəlcə məcburi icra tədbirləri görülür. Borclunun əməkhaqqından və digər gəlirlərindən tutulma aparıla, bank hesablarına və əmlakına həbs qoyula, ölkədən çıxışına məhdudiyyət tətbiq edilə bilər.
Əgər aliment qəsdən ödənilmirsə, şəxs inzibati məsuliyyətə cəlb oluna, cərimə və ya qısa müddətli inzibati həbs tətbiq edilə bilər.
Alimentin uzun müddət ödənilməməsi isə cinayət məsuliyyəti yaradır. Bu halda borcluya cərimə, ictimai işlər və ya azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Qeyd edək ki, tətbiq olunan cəzalar aliment borcunu ləğv etmir. Borc tam ödənilənədək aliment öhdəliyi qüvvədə qalır.
Избранный
121
1
gender.az

2Источники