RU

Avropa skautlarının yeni hədəfi: Yakobo Ramon üçün Çelsi və Liverpul dueli

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniyanın U-21 yığmasının və "Komo" klubunun mərkəz müdafiəçisi Yakobo Ramon Avropanın ən çox axtarılan gənc müdafiəçilərindən birinə çevrilib.

Fanat.Az xəbər verir ki, həm "Liverpul", həm də "Çelsi" skautları gənc futbolçunun oyununu yaxından izləyir və onun çıxışından heyran qalıblar.

Ramon qısa müddət ərzində nümayiş etdirdiyi soyuqqanlılıq və taktiki intizamı ilə bir çox mütəxəssisin diqqətini çəkib. Hazırda İtaliya klubunda çıxış edən müdafiəçinin transfer dəyərinin sürətlə artdığı bildirilir. İngiltərə nəhəngləri bu transferi gələcəyə yatırım kimi qiymətləndirirlər.

Skaut hesabatlarında Yakobo Ramonun hava toplarındakı üstünlüyü və oyunu qurmaq qabiliyyəti xüsusi qeyd olunur. Yaxın günlərdə hər iki klubun "Komo"ya rəsmi sorğu göndərəcəyi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
fanat.az

2Источники